Tərkibi:
xəmir:
Un - 1 kq
Maya - 50 qr
Yumurta - 4 ədəd
Xama - 1 y/q
Kərə yağı - 100 qr
Bitki yağı - 100 qr
Duz - 20 qr
Sarıkök - 1 y/q
iç:
Un - 1 kq
Yumurta - 2 ədəd
Duz - 25 q
İstiot - 2 y/q
Razyana - 1 ç/q
Cirə - 1 ç/q
Sarıkök - 2 y/q
Hazırlanması:
İç: Əvvəlcə unla yumurtanı ovub ocaqda bir az qovurun. Sonra yerdə qalan bütün ədviyyatı (toz halında) üzərinə vurub qovurun.
Xəmiri üçün unu ələyin, maya, yumurta, xama, kərə yağı, bitki yağı və duz vurub, yavaş-yavaş qatıb qulaq yumşaqlığında xəmir yoğurun. Xəmir özünə gəlməsi üçün 20 dəqiqə üstüörtülü vəziyyətdə saxlanılır. Sonra kündələyin.
Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən də az olmamalıdır. Kündələri nazik-nazik yayıb, hər laya yağ sürtüb, üst-üstə yığın. Yağı sürtdükdə ərinmiş yağ bir qədər ilıq temperaturda olmalıdır ki, rahat çəkilsin. Sonuncu laya yağ sürtülmür. Layları rulet formasında büküb, 2-3 barmaq böyüklüyündə doğrayın. Doğranmış ruletlərin kəsik hissəsindən barmaqla basaraq çuxur açıb, iç qoyub, arxasını bükün. Qoğalları soba tavasına düzüb, səthinə çalınmış yumurta çəkib, xaş-xaş və qaraçörəkotu səpib, 180 dərəcə isidilmiş sobada bişirin.