Tərkibi:
1 ədəd yumurta (ağı üçün sarısı üstünə)
1 su st pendir altı suyu
1 çay st kərə yağı
3 y/q zeytun yağı
1 paket qabartma tozu
2 ç/q duz
1,5 su st buğda unu
2 su st təkdənli buğda unu
üstü üçün
yumurta sarısı
susam, çörəkotu
Hazırlanması:
Kərə yağı, zeytun yağı, yumurta ağı və pendir altı suyunu qaba əlavə edin.
2 su st təkdənli buğda unu, duz, qabartma tozu və 1 su stəkan unu əlavə edərək yoğurmağa başlayın.
Yarım su stəkanı daha un əlavə edərək xəmir özünü toplayana qədər yoğurun.
Xəmiri 12 hissəyə ayırın, əlinizlə yumrulayın və xəfif basaraq yasdılaşdırın.
Poğaçaları yağlı kağız sərilmiş listə 3-4 sm aralıqla düzün.
Üstünə yumurta sarısını fırça ilə çəkin və çəngəllə cızın, istəyə görə susam, çörəkotu səpin.
180 dərəcə sobada qızarana qədər (təxminən 20 dəqiqə) bişirin.