Tərkibi:
3 yumurta
125 qram kərə yağı (yumşalmış)
yarım su st qatıq
1,5 su st un
1 ədəd bibər
yarım dəstə şüyüd
1 paket qabartma tozu
100 qram lor pendir
1 ç/q çörəkotu
1 ç/q susam
1 ç/q duz
1 y/q kərə yağı
1 ədəd orta boy soğan
1 ədəd orta boy kartof (sürtgəcdən keçirilmiş)
1 y/q pomidor pastası
duz
istiot
Hazırlanması:
Soğanı xırda-xırda doğrayın. Kartofu sürtgəcdən keçirin. 1 yemək qaşığı kərə yağı və soğanı tavaya əlavə edin, soğanlar çəhrayiləşənə qədər qovurun. Kartofu əlavə edin, xəfif yumşalana qədər qovurun.
Qazın üstündən götürmədən əvvəl 1 yemək qaşığı pomidor püresi, duz və istiot əlavə edərək qarışdırın. Qazın üstündən götürün və soyumağa qoyun.
Bibərin çəyirdəklərini çıxarın və xırda-xırda doğrayın. Şüyüdü xırda-xırda doğrayın.
Qaba yumurta, otaq istiliyində 125 qram kərə yağı və qatığı da əlavə edərək çırpın.
Qalan ərzaqları əlavə edin və tamamilə qarışana qədər qarışdırın.
170 dərəcə əvvəlcədən isitdiyiniz sobada 40-45 dəqiqə bişirin. Tamamilə soyuduqda qəlibdən çıxarın və servis edin.