Sobada bişirilən bir quru yemək sayılır. Bəzi millətlər bu xəmirin içliyini müxtəlif cür edirlər. Bu dəfə isə tatarların hazırladığı formada, yəni kobetanı sizlərə təqdim edəcəyəm. Verilən ərzaqlar iri, diametri 35 sm olan tava üçündür, tavanız balacadırsa, ərzaqları bir az azaltmaq lazımdır. İçliyi də mütləq soyuq halda əlavə edin.
Tərkibi:
Xəmiri üçün:
11 fincan un
Duz
Su
Lavaşların yağlanması üçün duru yağ
İçlik üçün:
5-6 ədəd kartof
1 ədəd iri baş soğan
Toyuğun sümüksüz ətləri
Toyuq bulyonu
Duz
İstiot
Sarıkök
Hazırlanması:
Əvvəlcə toyuğun iri sümüklü yerlərini suda qaynadırıq və kəfini yığıb ətləri sudan çıxardırıq. Sonra soğanı doğrayıb yağda qızardırıq, kartofları da xırda-xırda doğrayırıq.
Soğanı qovurduqdan sonra üzərinə sümükdən ayrılmış toyuq ətini və kartofu əlavə edirik, duz, istiot, sarıkökü də qatırıq.
Bir az qovurub üzərinə azca çıxınca su əlavə edirik, fikir vermək lazımdır ki, kartofu azca bişəndə su qalmamalıdır.
İçliyimizi bişirib soyumağa qoyuruq, içlik mütləq soyuq olmalıdır. Xəmirimizi adi qayda ilə yoğururuq, 9 kündəyə ayırıb lavaşlar yayırıq, ancaq lavaş nazik olmalıdır.
Lavaşların 4-nü ayrı, 5-ni ayrı qoyuruq.
5 lavaşın arasını yağlayıb, yumurlayırıq.
Onu da yenə şəkildəki kimi yumurlayırıq və qoyuruq kənara, qalan 4 lavaşı eynən həmin formada edirik.
5 lavaşlı olan qat-qat xəmiri yayırıq və bişirəcəyimiz tavadan qıraqlara bir az çıxardırıq.
İçliyi hər yerinə eyni formada yayırıq və üzərinə 4 lavaşlı qat-qat xəmiri yayıb atırıq.
Ancaq onu qıraqlara çıxarmırıq və qıraqlarını üstünə gətirib bururuq.
250-300 dərəcədə bişiririk.
Kobetamız hazırdır.
XƏBƏR LENTİ
Körpələri tez-tez öpmək zərərlidirmi?
Valideyn himayəsindən məhrum olmuş 33 uşağı sevindirdilər
Vilayət Eyvazovdan yeni TƏYİNAT
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - VİDEO
Tut doşabının faydaları
Hamilə məşhurların gözəllik sirləri
Bu pətək özü bal süzür
Yaşlıları yalnız buraxmayın!
"Rozetka" sözünün qarşılığı tapıldı
Gül mağazalarında canlanma var
Yaxın günlərdə Bakıda qar yağacaq? - AÇIQLAMA
Xalqımın toy kimi bir adəti var
Abituriyentlər imtahandan əvvəl stressə qarşı dərman qəbul edə bilərmi?
Məşhur cütlüyün xöşbəxt evliliyi cəmi 30 gün çəkdi
"Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır"
Kağızlardan düzəldilmiş həşəratlar
Payızda kostyum dəbi
Uşaqlar niyə yalan danışır?
Günün ulduz falı
Günün qoroskopu: köhnə borclardan birini qaytaracaqlar
Məktəblər açıldı: 25 min şagird və müəllim COVID-19-a yoluxdu
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Döyüşlərə qatılmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı - RƏSMİ
İndi də alıcıları belə aldadırlar - FOTO
7 qol vurulan oyunda "Neftçi" qazandı
Canerlə Selinin AYRILIQ xəbərləri yayıldı-FOTO
Google-un lobbiçiləri zəifləyəcək
Hələ də səyahətə çıxmayanlar üçün
Saçlar haqqında yalnış bildiklərimiz
Göz altı qırışların yaranma səbəbləri.
Elmdə inqilab: sirli hissəciklər tutuldu
Putin ilk dəfə məxfi iş otağını nümayiş etdirdi - VİDEO
Rus telekanallarında xarici mahnı qadağası
FHN-dən modul tipli xəstəxanada partlayış iddiaları ilə bağlı AÇIQLAMA
Uşağınız diş fırçalamağı xoşlamırsa
Sərdar Ortaç haqda film çəkiləcək
Arıqladan kokteyllər - RESEPTLƏR
Gəl, açıq danışaq
İnsan bədəni haqqında bilmədikləriniz
Cennifer Lopez ayaqqabı kolleksiyasını satışa çıxardı - FOTO
Azərbaycanda “Mall”lara gələnlərin hərarəti ölçüləcək - RƏSMİ
İdmançımızdan 5 medal: 1 qızıl, 2 gümüş, 2 bürünc
Səyahət - Yunanıstan
Azərbaycanda 5 gün İŞ OLMAYACAQ
Fitness məşqləri
"Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır" - Bridcet Brink
Azərbaycanda yeni taksi növü xidmət göstərəcək
Bollivud aktyorları (2)
Məryəm Uzerli son görüntüsü ilə hamını heyrətləndirdi-FOTO
Dövlət qulluqçularına xoş xəbər
- ŞƏRHLƏR