Qadin.NET / "Yeralması" şorbası (video-resept)

"Yeralması" şorbası (video-resept)

 

Tərkibi:

500 qram yeralması (Yerarmudu, köküyumru günəbaxan)

4 ədəd kiçik kartof

1 ədəd orta boy soğan

1 y/q kərə yağı

1 y/q duru yağ

5 su st su

1 su st toyuq suyu

duz

istiot

 

"Yeralması" şorbası (video-resept)

 

Hazırlanması:

Yeralmalarını soyun və içinə limon sıxdığınız su dolu qaba əlavə edin. 

Soğanı soyun və doğrayın.

Kartofları soyun və iri-iri doğrayın.

Kərə yağını və duru yağını qazana əlavə edin. Soğanları əlavə edərək çəhrayılaşana qədər qovurun.

Soğanların üstünə kartofları əlavə edərək 1-2 dəqiqə qovurun.

Yeralmalarını qazana əlavə edərək 1-2 dəqiqə qədər qovurun.

Suyu və ət suyunu əlavə edin, tərəvəzlər yumşalana qədər qapağı qədər orta dərəcədə bişirin.

Bişən tərəvəzləri üstünə duz və istiot əlavə edərək ləzzətləndirin.

Blenderdən keçirdiyiniz şorbanı bir qədər qaynadıb servis edin.

 

21 noyabr 2019
GO BACK