Tərkibi:
500 qram lobya
yarım su st zeytun yağı
1 ədəd soğan
1 orta boy kartof
1 ədəd kök
2 y/q pomidor pastası
1 ç/q şəkər
2-3 diş sarımsaq
duz
Hazırlanması:
İlk olaraq lobyaları qazana atıb, üstünü keçəcək qədər su əlavə edin və 10 dəqiqə qaynadaraq çıxan suyu süzün.
Digər yanda soğanları yeməklik doğrayın və qazanda yarım su stəkanı su ilə bişirməyə başlayın.
Soğanlar yumşaldıqdan sonra zeytun yağını əlavə edərək, sonra pomidor pastasını, kub-kub doğranmış kartofları, incə halqa formasında doğradığınız kökü və sarımsaqları əlavə edin.
2 dəqiqə qədər yağda çevirdikdən sonra şəkər, duz və 1 su stəkanı qaynar suyu əlavə edin. 5 dəqiqə kartof və kökləri bişirin.
Daha sonra kənarda bişirdiyiniz lobyaları əlavə edin, suyu azalarsa, qaynar su əlavə edə bilərsiniz.
Kartofları və kökləri bişənə qədər qazanın ağzını bağlayaraq qaynadın. Suyunu diqqət etməyi unutmayın.