Qadin.NET / Qatıqlı yaşıl mərci şorbası (foto-resept)

Qatıqlı yaşıl mərci şorbası (foto-resept)

 

Tərkibi:

 

1 su st yaşıl mərci

2,5 su st su

2 su st qaymaqsız qatıq

1 ədəd yumurta

1 ç/q kəpəkli un

1 ç/q zeytun yağı

1/2 çay st əriştə

 

Hazırlanması:

Qazana su əlavə edib, qaynamağa başlayanda yaşıl mərciləri atın və aşağı dərəcədə bişirin.

30-35 dəqiqə qazanda yaşıl mərcilər qaynadıqca, bir qabın içinə 1 çay qaşığı kəpəkli un ilə 1 yumurta və 2 su stəkanı qaymaqsız qatığı yarım su stəkanı su ilə çırpın.

Qatıqlı yaşıl mərci şorbası (foto-resept)

Bu qarışımı qaynadılmış olan yaşıl mərcilərin üstünə yavaş-yavaş əlavə edin. 10 dəqiqə qaynadın və yarım çay stəkan ərişdə əlavə edin. Son olaraq 10-15 dəqiqə qaynadıb altını söndürün.

Qatıqlı yaşıl mərci şorbası (foto-resept)

3 sentyabr 2019
GO BACK