Qadin.NET / Kiçik küftəli şorba (foto-resept)

Kiçik küftəli şorba (foto-resept)

 

Tərkibi:

250-300 qram qiymə

1 ədəd soğan

1-2 diş sarımsaq

1 çay st bulqur

1 ədəd yumurta

Duz, istiot, cəfəri, istiot

1 çimdik cəfəri

2 ədəd kub doğranmış kartof

1 qaşıq bibər pastası

1 qaşıq pomidor pastası 

 

Hazırlanması:

Bütün ərzaqları, əvvəlcə bulqurun yarısını qabın içinə qoyub yoğurun. Daha sonra bulquru tökməyə davam edin.

Fındıq böyüklüyündə küftələr hazırlayın.

Sonra geniş qazanın içinə soğanları qoyub, yağın içində qovurun.

Kiçik küftəli şorba (foto-resept)
 

2-3 dəqiqə qovurduqdan sonra sousları, duzu və kub-kub doğranmış kartofları əlavə edərək 2 dəqiqə qarışdırın.

İsti suyu da əlavə edərək 10 dəqiqə bişirin. Bişən kartofların üstünə küftələri əlavə edin. Qazanın ağzını bağlayıb yaxşıca bişirin.

Kiçik küftəli şorba (foto-resept)

8 may 2019
GO BACK