Tərkibi
İsladılmış noxud
Quru nanə
Küftə üçün:
Yarım kilo ət
1 orta ölçülü soğan
1 yumurta
1/3 st yumru düyü
1 ç/q nanə qurusu
1 ç/q quru mərzə
1 ç/q quru ağ reyhan
1 ç/q duz
1/4 ç/q istiot
4 kiçik alça qurusu
Bulyon üçün
2 y/q ərinmiş yağ
1 y/q tomat pastası
4 qabığı soyulmuş bütöv kartof
1/4 ç/q sarıkök
Duz-istiot
Hazırlanma
Isladılmış noxudu yarım-bişənədək suda qaynadın.
Küftəni hazırlamaq üçün ətin bütün ərzaqlarını (alça qurusundan başqa) iri bir qabda əllərinizlə yaxşıca qarışdırın. Qarışıqdan 4 iri küftə düzəldin (daha çox nəfəri qonaq etmək istədiyiniz halda küftələri bir az balaca edə bilərsinizş Məsələn, 4 əvəzinə 8 küftə etmək olar). Hər küftənin ortasına bir ədəd alça qurusu yerləşdirin.
Bulyonu hazırlayın. Orta ölçülü qazanda (kifayət qədər iri olmalıdır ki, küftələr bir birinə dəyməsin) yağı orta istilikdə qızdırın, daha sonra tamat pastasını əlavə edin və yarım dəqiqə qarışdırın. Sonra 7 stəkan su əlavə edib qaynara düşənədək gözləyin.
Istiliyi bir az azaldın (orta həddə qədər) və küftələri bir-bir bulyona salın. Qazanın üstünü açıq saxlayıb 10 dəqiqə küftələrə toxunmadan (küftələr dağılmasın deyə) bişirin. Bulyonun üzərində kəf əmələ gəlsə onu yığın.
Kartofu, sarıkökü və noxudu əlavə edin. Zövqə görə duz-istiot vurun. Qaynara düşəndən sonra istiliyi azaldın, qazanın qapağını örtün və hardasa 40 dəqiqə bişirin.
Çömçə ilə kasalara hərəsində bir küftə, bir kartof və bir qədər noxud və bulyon olmaqla tökün. İstəyə görə üzərinə nanə qurusu səpmək olar. Nuş Olsun!