Qadin.NET / Düşbərə (foto-resept)

Düşbərə (foto-resept)

 

Tərkibi:

 

300 gr qiymə

150 gr çəkilmiş soğan

Duz, istiot

 

250-270 gr un

1 yumurta

100 ml su

1 ç/q duz

 

1 dəstə keşniş

1 orta pomidor

2-3 dilim sarımsaq

7-8 y/q sirkə

 

Hazırlanması: 

 

Ət soğanla yaxşı qarışdırıılır, duz və istiot əlavə edilir, sonra xırda kəsilmiş göyərti də qatılır. Undan su, duz və yumurta ilə bərk olmayan xəmir yoğrulur. Xəmir bir qədər duzlu, elastik olmalıdır və ələ yapışmamalıdır. Xəmir 150-180 qramlıq dörd kündəyə bölünür.

Kündələr dəsmalın üstünə qoyun. 5-10 dəqiqə kündələr gözlədin. Nazik yuxa alınanadək kündə oxlov ilə yayılır. Xəmiri yayarkən, oxlova yapışmasın deyə un əlavə olunur. Hər kvadratın içinə ət qiyməsi qoyulur.

Sonra içi dolu hər kvadrat yarıdan bükülür və qıraqları yapışdırılır. 

Düşbərə (foto-resept)

Bu düşbərələr bir dəsmalla örtülmüş məcməyinin içinə yığılır. Qazanda zövqə uyğun dərəcədə duzlu su qaynadılır. Sonra düşbərələti qazana tökün və qarışdırın.

Bişənədək qazanın yanında duraraq vaxtaşırı qarışdırın. Duzluluğunu yoxlayıb, zövqünüzə uyğunlaşdırın. Düşbərələr təxminən 15 dəqiqə bişməlidir. Bir düşbərəni dadın, ətin bişməsini yoxlayın, hazırdırsa qazanı qazın üstündən götürün.

Düşbərə (foto-resept)

17 aprel 2019
GO BACK