Tərkibi:
1 toyuq
7-8 kartof
1 baş soğan
Soyulmuş pomidor
Keşniş, şüyüd
Duz istiot sarıkök
Hazırlaması:
Toyuqu yuyub hissələrə bölün. Soğanı həlqəvi doğrayıb qızardın. Soğan "ölən" kimi toyuqu soğanla qızardın. Kartofu təmizləyib 4 hissəyə bölün. Toyuğa əlavə edib 5 dəqiqə qızardın. Sonra yarıya qədər qaynanmış su töküb qazanın qapağını örtün. Kartof bişməlidir. Pomidoru qabıqdan təmizləyib xırdalayın. Qazana tökün və bağlı qapaqla 5-10 dəqiqə bişirin. Zəif alovda bişməlidir.
Hazır xörəyin üstünə xırda doğranmış göyərtini tökün.
Nuş olsun!