Qadin.NET / Əriştə şorbası (foto resept)

Əriştə şorbası (foto resept)

 

Tərkibi

 

1 ədəd soğan

1 y/q un

1 çay st əriştə

1 litr su

1 y/q pomidor sousu

1 ç/q nanə

duz

 

Hazırlanması:

Şorba qazanın içinə çox az miqdarda yağ əlavə edərək, kiçik-kiçik doğranan soğanları əlavə edin.

Xəfif qovurduqdan sonra unu əlavə edərək qovurmağa davam edin.

Əriştə şorbası (foto resept)

Unun qoxusu çıxana qədər qovurduqdan sonra pomidor sousunu əlavə edin. Biraz qovurduqdan sonra suyu və əriştələri əlavə edin.

Qaynayana qədər yaxşıca qarışdırın. Əriştələr bişdikdən sonra servis edin. 

Əriştə şorbası (foto resept)

 

7 mart 2019
GO BACK