Tərkibi:
500 qram dana quşbaşı əti
2 ədəd soğan
2 y/q duru yağı
2 ədəd pomidor
1 ç/q pomidor sousu
1 su st buğda
yarım su st noxud
1 su st lobya
2 ədəd orta boy kartof
2 ədəd kök
2 litr su
2 ç/q duz
1 ç/q istiot
Hazırlanması
Qazana duru yağ və kub-kub doğranmış soğanları əlavə edərək yaxşıca qovurun. Sonra ətləri əlavə edib suyunu salıb təkrar çəkənə qədər qovurun.
Pomidor və tomatı əlavə edib qarışdıraraq qaynamasını gözləyin.
Kartof və kökləri əlavə etdikdən sonra qaynadın.
Qaynayan şorbaya bişmiş buğda, noxud və lobya əlavə edib 20 dəqiqə orta dərəcədə bişirin.
5 dəqiqə qaynatdıqdan sonra cəfəri əlavə edin. İsti-isti servis edin.