Qadin.NET / Lobya şorbası (foto resept)

Lobya şorbası (foto resept)

 

Tərkibi:

 

1 çay st qaynadılmış noxud

1 çay st qaynadılmış lobya

3 y/q tarhana

1 y/q pomidor sousu

2 y/q kərə yağı

1 ç/q duz

2 ədəd toyuq budu

2 ədəd uzunsov bibər

2 ədəd pomidor

 

Hazırlanması:

Toyuğu qaynadın. 20 dəqiqə qaynatdıqdan sonra yaxşıca bişdikdə ətləri sümükdən ayırın, ayırdığınız ətləri iri-iri doğrayın. Toyuğu qaynatdığınız suyu qırağa qoyun.

Pomidorların qabığını soyun. Kub-kub doğrayın. Birbərləri də toxumlarından ayırıb, xırda-xırda doğrayın.

Pomidorlar yumşaldıqda üstünə tarhananı əlavə edib, biraz qarışdırın. Pomidor pastasını əlavə edib, qoxusu çıxana qədər qovurun.

 

Lobya şorbası (foto resept)

 

Qaynadılmış noxud, qaynadılmış lobya və doğradığınız toyuq ətlərini də əlavə edib qarışdırıb və kənarı ayırdığınız toyuq suyunu əlavə edin. Əgər su azdırsa, üstünə qaynar su əlavə edə bilərsiniz.

Duzunu da əlavə edib yarım saat bişirin. Bişən şorbanı isti-isti servis edə bilərsiniz. 

 

Lobya şorbası (foto resept)

 

 

25 fevral 2019
GO BACK