Qadin.NET / Pomidorlu düyü şorbası (foto resept)

Pomidorlu düyü şorbası (foto resept)

 

Tərkibi:

4 y/q zeytun yağı

1 ədəd orta boy quru soğan

1 ədəd kiçik boy kök

3 ədəd orta boy pomidor

1 ədəd orta boy yaşıl bibər

1 y/q pomidor pastası

1 çay st düyü

5 su st isti toyuq suyu

yarım ç/q duz

1/4 ç/q təzə istiot

 

Servis üçün:

4 şaxə cəfəri

 

Hazırlanması:

Dərin qazanda quru soğanları və kökləri, yaşıl bibərləri yağda qovurun.

Sonra pomidorları və tomat pastasını əlavə edərək qovurmağa davam edin.

Pomidorlu düyü şorbası (foto resept)

İsti toyuq suyu, duz, istiot və düyüləri əlavə edərək aşağı dərəcədə bişirin.

Düyülər bişdikdən sonra şorba hazırdır. Üstünə cəfəri səpərək servis edin.

Pomidorlu düyü şorbası (foto resept)

 

13 fevral 2019
GO BACK