Bildiyiniz kimi, dovğa reseptini artıq Pərvanə xanım sayta yerləşdirib. Bu dovğanın tərkibi (göydən başqa) eyni olsa da, dadı fərqlidir. Fərqli dad verən burada istifadə olunan Dirrik pərpərəni bitkisidir ki, inanılmaz həm turş, həm də şirin dovğa sevənlər üçün ikisi bir arada əla dad əldə olunur. Maraqlananlar üçün hazırlanma qaydası:
İlk öncə pərpərən yuyulur, quruması üçün aşsüzənə qoyulur. Sonra 2 x.q yumru düyü yuyulub, islağa qoyulur.
1 kq qatığa 1 yumurta, 1 x/q un və 2 x/q düyü əlavə edib durulana qədər çalınır.
Sonra isə 400 ml saf suyu da əlavə edib, odun üstünə qoyulur. Çürüməməsi üçün hərdənbir qarışdırılır.
Bu arada əvvəldən yuyulub, qurudulmuş göyərti doğranır.
Düyü bişən zaman göyərti qaynayan ayrana əlavə olunur.
Odun üstündən götürdükdən sonra Azərduz yodlu narın xörək duzu əlavə olunur.
Fərqli dovğamız hazırdır. Zövqə görə quru nanədən də istifadə edə bilərsiniz.
Nuş olsun!