Qadin.NET / Kartof şorbası (foto resept)

Kartof şorbası (foto resept)

 

Tərkibi:

3 ədəd soğan

2 diş sarımsaq

500 qram şirin kartof

500 ml tərəvəz suyu

300 qram xırda pomidor

20 qram keşniş

yarım çay qaşığı şəkər

1 y/q limon suyu

duz

istiot

toz bibər

Zeytun yağı 

 

 

Hazırlanması:

 

Şirin kartofları yuyub, kub formasında doğrayın. Eyni formada soğanları da doğrayaraq qazanın içinə əlavə edin

Zeytun yağını və sarımsaqlarıda qazana əlavə edərək ərzaqları yaxşıca qovurun.

Tərəvəz suyunu əlavə edərək şirin kartof yumşalana qədər 15dəqiqə qaynadın.

Kartof şorbası (foto resept)

Ayrı tavda sousu hazırlamaq üçün pomidorları, cəfəri, keşniş, sarımsaq və ədviyyatları qovurun. 

Bişən kartofların üstünə sousu əlavə edin, 2 dəqiqə qarışdırın. Şorbanı blenderdən keçirdikdən sonra qaynadın.

Kartof şorbası (foto resept)

 

8 fevral 2019
GO BACK