Qadin.NET / Gül kələmi şorbası (foto resept)

Gül kələmi şorbası (foto resept)

 

Tərkibi:

 

1 ədəd gül kələmi

4 y/q köri (hindistanda istifadə olunan ədviyyat qarışımı)

2 ç/q sarımsaq tozu

yarım ç/q cirə

yarım ç/q qırmızı bibər

duz

4 y/q zeytun yağı

2 ədəd sürtgəcdən keçirilmiş qırmızı soğan

2 ədəd əzilmiş sarımsaq

3 ç/q zeytun yağı

10 dənə doğranmış kələm yarpağı

2 doğranmış kök

5 su st tərəvəz suyu

2 su st hindistan qozu südü

 

Hazırlanması:

Qazanda gül kələmini yarım saat qaynadın. Daha sonra soğan və sarımsaqları zeytun yağında qovurun.

Kələm yarpaqlarını kub formasında doğrayın. Qaynadılmış gül kələmlərini, hindistan qozu südünü, kök və qalan bütün ərzaqları əlavə edib qarışdırın.

Gül kələmi şorbası (foto resept)

20 dəqiqə qaynatdıqdan sonra blenderdən keçirin. 2 su st su daha əlavə edib 15 dəqiqə qaynadaraq hazır hala gətirə bilərsiniz.

Gül kələmi şorbası (foto resept)

Nuş olsun!

 

31 yanvar 2019
GO BACK