Qadin.NET / Tərəvəzli qış şorbası (foto resept)

Tərəvəzli qış şorbası (foto resept)

 

Tərkibi:

 

2 ədəd kartof

2 ədəd kök

2 ədəd yaşıl soğan

3 su st toyuq suyu

1 su st isti su

1 y/q kərə yağı

1 y/q zeytun yağı

2 yarpaq təzə nanə

1 ç/q istiot

1 ç/q duz 

 

Hazırlanması:

Kərə yağını qazanda əridin. Daha sonra doğranmış soğanların əlavə edib qovurun.

Kartofları və köklərin qabığını soyub iri formada doğrayın.

Tərəvəzli qış şorbası (foto resept)

Qovrulan soğanların üstünə kartof, yaşıl soğan və kökləri əlavə edib təxminən 5 dəqiqə daha qovurun. Duz və istiotu əlavə etdikdən sonra toyuq suyu və isti suyu əlavə edərək, qazanın ağzını tərəvəzlər bişənə qədər bağlayın.

Nanələri əlavə etdikdən sonra servis edə bilərsiniz. 

Tərəvəzli qış şorbası (foto resept)

28 yanvar 2019
GO BACK