Tərkibi:
12 ədəd şabalıd
1 kiçik quru soğan
1 y/q kərə yağı
1 su st süd
3 su st su
1 y/q un
1 ç/q duz
1 ç/q istiot
Hazırlanması:
Şabalıdlara cızıq ataraq bişirin. Sonra qabıqlarını soyun. 5 ədəd şabalıdı kənara qoyun, qalanlarını xırda-xırda doğrayın. Qazana kərə yağını əlavə edib əridin və soğanları soyaraq yaxşıca qovurun.
Şabalıdları və sarımsaqları da əlavə edərək qovurmağa davam edin. 2 dəqiqə bişirdikdən sonra toyuq suyunu içinə əlavə edib 20 dəqiqə qaynadın. Blenderdən keçirin. Qalan ərzaqları da əlavə etdikdən sonra qazın üstündən götürə bilərsiniz. Qırağa qoyduğunuz 5 şabalıdı üstünə qoyaraq servis edə bilərsiniz.