Tərkibi:
3 levrek balığı
1,5 çay st düyü
yarım kərəviz sapı
3 diş sarımsaq
1/5 kök
1/4 su st limon suyu
1 yumurta sarısı
1 ç/q sarıkök
1 ç/q sürtgəcdən limon qabığı
5 su st su
1 dəstə cəfəri
3 y/q günəbaxan yağı
duz
istiot
Hazırlanması:
Balıqları yaxşı təmizləyin, soba listinə yağlı kağız sərib üstünə balıqları qoyub istədiyiniz ədviyyatları tökün. Qızarmış balıqları çıxarıb dərin bir qazana didib tökün. Daha sonra yağ qatıb soğan, sarımsaq, cəfəri, kərəviz sapını və kökləri xırda-xırda doğrayıb qazana əlavə edin üstünə su əlavə edib qaynamağını gözləyin.
Daha sonra ayrı bir tavada düyüləri yağsız suda qaynadın. Yumşalan düyüləri və qalan bütün ərzaqları əlavə edib qarışdırıb. Blenderdan keçirdikdən sonra qaynadıqdan sonra qazın üstündən götürün.