Qadin.NET / Yayla şorbası (foto resept)

Yayla şorbası (foto resept)

Əziz xanımlar, bu gün sizə Türk mətbəxinə aid olan yayla şorbasının hazırlanma qaydasını təqdim edirəm.

Reseptdə 1 stəkan qatıq yazılsa da, mən 2 stəkan qatıq əlavə etdim,

belə daha dadlı alınır.

Lazımiolan ərzaqlar:

1-2 stəkan qatıq

1 yumurtanın sarısı

2 xörək qaşığı düyü

1 çay qaşığı un

kərə yağı

4 stəkan su

Azərsun yodlu narın xörək duzu

 Qurudulmuş qırmızı acı bibər, nanə


Hazırlanma qaydası: 

Düyünü yuyub,  qazana tökürük. Üzərinə su əlavə edib, bişməyə qoyuruq.

 

Yayla şorbası (foto resept)

 

Düyü bişənədək başqa bir qaba qatığı, yumurtanı, unu töküb,

yaxşıca qarışdırırıq.

Yayla şorbası (foto resept)

 

Düyü bişdikdən sonra qatığın üzərinə qazandakı sudan bir az töküb qarışdırırıq ki, qatığı qazana tökdükdə parçalanmasın.

Sonra qatığı yavaş-yavaş qazana əlavə edib, 10-15 dəqiqə qaynadırıq. 

Yayla şorbası (foto resept)

 

Yağı əridib, nanə və qurudulmuş qırmızı acı bibər ilə qovururuq.

Yayla şorbası (foto resept)


Yayla şorbası (foto resept)

 

Yeməyimiz hazır olduqda, yağı əlavə edib, qazı söndürürük.

Şorbamız hazırdır.

Yayla şorbası (foto resept)

 

NUŞ OLSUN!

Yayla şorbası (foto resept)

28 sentyabr 2011
GO BACK