Tərkibi:
650 qram dana ətindən qiymə
2 ədəd çırpılmış yumurta
1/2 ç/q dəniz duzu
1 ç/q qırmızı toz bibər
2 y/q hindistan qozu yağı
4 su st ət suyu
2 ədəd dəfnə yarpağı
4 ədəd doğranmış kök
1 doğranmış kartof
1 su st lobya
1 su st yaşıl noxud
2 ədəd doğranmış pomidor
Hazırlanması:
İlk olaraq qiyməni, yumurtanı, duzu və istiotu qarışdırıb yoğurun. Sonra yumru küftələr hazırlayın.
Qazanda hindistan qozu yağını isidin və küftələri xəfif qəhvəyi rəng alana qədər qızardın.
Eyni qazana sonra ət suyu, duz, dəfnə yarpağı, kök və kartofları əlavə edin. Orta dərəcədə bişirin.
Son qalan ərzaqları da əlavə edin və 20 dəqiqə daha bişirin.