Qadin.NET / Balıq şorbası (foto resept)

Balıq şorbası (foto resept)

 

Tərkibi:

 

6 ədəd lavrak balığı

6 su st su

3 y/q zeytun yağı 

1 ədəd quru soğan

1 ədəd böyük kök

1 ədəd kərəviz sapı

1 diş sarımsaq

1/2 dəstə cəfəri

1 ədəd dəfnə yarpağı

1/2 ç/q zərdəçal

1/2 ç/q keşniş toxumu 

1 ç/q istiot

1 ç/q duz

1/2 ədəd limonun suyu

 

 

 

Hazırlanması

Balıqları suda yuduqdan sonra təmizləyin. Daha sonra qazanın içinə qoyub üstünə soyuq suyu əlavə edin.

Balıq şorbası (foto resept)

Kərəviz sapı, kök və soğanları doğrayaraq qazanın içinə əlavə edin. Doğranan tərəvəzlərin üstünə cəfəri, istiot, sarımsaq, dəfnə yarpağı, limon suyu, zərdəçal, keşniş toxumu və duz əlavə edin. Sonra zeytun yağı əlavə edin.

Balıq şorbası (foto resept)

Orta dərəcədə qaynatdıqdan sonra şorbanı süzgəcdən keçirin. Qaynayan balıqları ayırıb qırağa qoyun. Şorbanın içinə kiçik parçalar halında əlavə edin.

Balıq şorbası (foto resept)

 

 

6 oktyabr 2018
GO BACK