Qadin.NET / Küftə (foto resept)

Küftə (foto resept)

Bu növ küftələri Cənubi Azərbaycanda yeyirlər, qaynanam tərəfindən öyrənmişəm. Hazırlanması bir az mürəkkəb olsa da, çox dadlıdır.

Lazım olan ərzaqlar:

400-500 q. çəkilmiş mal əti

"Bizim Tarla" yaşıl noxud konservi (qorox)

2 əd. iri soğan

 Kərə yağı

Cəfəri, kəvər, nanə

Zirə və zirişk

Yaşıl və qırmızı bibərlər (sarı da olar)

Təxmini 1 ovucdan çox düyü

1-2 x.q. "Bizim Tarla" "Bizim Tarla" tomat pastası

1 yumurta

Sarıkök

Azərduz yodlu narın xörək duzu, istiot

 

Hazırlanması:

Bir gün öncədən rahat olsun deyə, ləpələri suda qoyub bişirirsiz.

 

Küftə (foto resept)
 

 Küftələrin hazırlanması:

 

Suda bişmiş ləpələrin bir hissəsini ayrı qaba susuz qoyursuz, o biri hissəsi suda olaraq qalır kənarda. Susuz olan ləpələri qabda əzirsiz yaxşıcana püre kimi.

 

Küftə (foto resept)
 

Üzərinə doğranılmış cəfəri, nanə, çəkilmiş soğan, rəndələnmiş bibərlər, zirə və zirişk, kəvər, düyü, yumurta, duz və istiot qatıb yaxşıcana qarışdırırsız, kotlet içi kimi.

 

Küftə (foto resept)


Suyunun hazırlanması:

Qazanda doğranılmış soğanı qızardırsız.

 

Küftə (foto resept)

Üzərinə kənarda qabda ləpəli suyu əlavə edirsiz və normal su da üstünə əlavə edirsiz. Sonra sarıkök, duz, istiot, bulyon kubiki də olar, azcana kərə yağı qatırsız və qoyursuz qaynamağa.
 
Küftə (foto resept)


 Kənarda 2 kiçik kasa götürürsüz.

Birinə su tökürsüz, o birisinə zirə ilə zirişkdən qarışıq hazırlayırsız.

 

Küftə (foto resept)

Küftə üçün olan ətli qarışıqdan bir yekə ovuc qədər götürürsüz, o biri kasadakı suya əlinizi tez-tez batırırsız ki, küftəni formaya salanda əlinizə ət yapışmasın, küftəni yumrulayırsız top kimi, üstündən ortasına qədər iki barmaqla bir giriş kimi deşik açırsız və içinə bu biri kasadakı içlikləri əlavə edirsiz və bundan sonra küftə üçün olan ətli qarışıqdan götürüb bu deşiyi bağlayırsız (əlim batdıq olduğundan şəklini çəkə bilmədim), yaxşıcana yumrulayın ki, suda küftələr açılmasın! Əks halda, bütün yemək xarab olacaq.

Küftələri suya qoyursuz. Təxmini 20 dəq. az xodda qaynayır.

 

Küftə (foto resept)

20 dəqiqə sonra düyü əlavə etmək lazımdır, 10 dəqiqə sonra isə doğranılmış bibərlər, cəfəri, nanə, kəvər, zirə qatıb 15 dəqiqə az xodda bişir.

Sonra "Bizim Tarla" tomat pastası əlavə edilir və təxmini bir 20 dəqiqə də bişir.

 

Küftə (foto resept)

Süfrəyə verilmə qaydası:

 

Kasalara küftənin suyu  töklülür və süfrənin ortasına yekə buludda küftələr ayrıcana qoyulur.

 

Küftə (foto resept)


Yeyilmə qaydası:

Çörək kasadakı suya doğranılır əl ilə, qarışdırılır və üzərinə buludda olan küftələr hissə-hissə ayrılıb əlavə edilir. 1 küftə o qədər yekədir ki, onun ancaq yarısını 1 nəfər adətən yeyə bilər

 

Küftə (foto resept)
 

Nuş olsun!

1 sentyabr 2011
GO BACK