Tərkibi:
5 ədəd böyük sulu pomidor
2 y/q un
1 y/q kərə yağı
4 su st isti ət suyu
2 çay st isti süd
Üstü üçün;
pendir
Hazırlanması
Kərə yağını tavada əridin və üzərinə unu əlavə edərək qoxusu çıxana qədər qovurun.
Daha sonra pomidorları sürtgəcdən keçirərək qazanı içinə əlavə edin və qovurun. Ardınca qovrulan pomidorların içinə isti ət suyunu əlavə edərək 5 dəqiqə qədər bişirin. Bişən şorbaya yavaş-yavaş ilıq südü əlavə edin.
Orta dərəcədə 15 dəqiqə qaynayan şorbanı blenderdən keçirin.
Üstünə pendir səpin.