Tərkibi:
3-4 ədəd kök
1 ədəd soğan
3-4 kərəviz sapı
1 ədəd kabak
3 ədəd toyuğun döş əti
5 su st toyuq suyu
duz
1 y/q kərə yağı
istiot
55 qram ağ pendir
Hazırlanması:
İlk olaraq kökləri, kərəviz sapını və kabakları yaxşıca yuyun və tərəvəzləri doğrayın. Soğanın qabığını soyun və xırda-xırda doğrayın. Daha sonra toyuğu incə dilim formasında doğrayın. Böyük qazanın qazın üstünə qoyun və kərə yağını əridin. Toyuqları qazana atın. 1-2 dəqiqə sonra tərəvəzləri atıb bir necə dəqiqə bütün ərzaqları pörtün və üzərinə toyuq suyunu da əlavə edin.
Təxminən 30 dəqiqə, toyuqları bişirin. Daha sonra qazanın altını söndürüb 5 dəqiqə gözləyin. Servis edəndə üzərinə pendir səpə bilərsiniz.