Tərkibi:
4 y/q kərə yağı
1 ədəd doğranmış soğan
1 ədəd alma (soyulmuş və doğranmış)
2 ç/q qurudulmuş adaçayı
2 kasa doğranmış balqabaq
4 su st toyuq suyu
1/2 su st Hindistan qozu südü
kiçik hindistan qozu
dəniz duzu
istiot
Hazırlanması:
Bir qazanı sobanın üstünə qoyun. Kərə yağını qazanda əridin. Yağ əridikdən sonra, doğranmış soğanları qazana qoyun və yumşalanda, doğranmış almaları və qurudulmuş adaçayını əlavə edin. Qarışdıraraq 7-8 dəqiqə bişirin.
Doğranmış balqabağı qazanın içinə atın. Daha sonra toyuq suyunu əlavə edin və balqabaqlar yumşalana qədər qaynadın. Balqabağın bişdiyini öyrənmək üçün çəngəldən istifadə edin. Şorba soyuduqdan sonra blenderdən keçirin.
İçinə hindistan qozu südünü də əlavə edin və yenidən isidin. İçinə dəniz duzu, istiot və sürtgəcdən keçirdiyiniz kiçik hindistan qozunu əlavə edinn. İsti-isti servis edin.