Tərkibi:
1 yarım çay st düyü
2 su st isti su
2 su st süd
2 y/q kərə yağı
Duz
üzərinə:
doğranmış cəfəri
Hazırlanması:
İlk əvvəl düyüləri yuyun və süzün. Bir qazana qoyub üzərinə su əlavə edin və yumşalana qədər bişirin.
Süd əlavə edib qarışdırın. Duzu əlavə edib qarışdırdıqdan sonra qazı söndürün.
Ayrı tavada kərə yağını qızdırıb şorbanın üstünə gəzdirin. Cəfəri ilə bəzəyib servis edin.