Tərkibi:
3 ədəd kartof
2 ədəd kəvər
2 ədəd kök
4 ədəd kələm yarpağı
1 ədəd kərəviz
1 ədəd soğan
1 qaşıq yağ
1 qaşıq un
1,5 litr ət suyu və ya adi su
Hazırlanması:
Bütün tərəvəzləri yuyun. Sonra kubik formasında doğrayın.
Bir qazana yağı və xırda doğranmış soğanı əlavə edib, az dərəcədə qovurun. Soğanlar qızaranda bir qaşıq un əlavə edib 1-2 dəfə qarışdırın. İstəyə görə 1 yemək qaşığı tomat pastası əlavə edə bilərsiniz.
Əvvəlcə kartofları qovurun, sonra kubik formasında doğranmış digər tərəvəzləri azca qovurun. Ət suyunu və ya adi suyu əlavə edib, tərəvəzlər bir az yumşalanda qədər bişirin.
Nuş olsun!