Tərkibi:
1 kasa incə doğranmış kələm
1 kasa icə doğranmış kök
1 paket göbələk
1 dəstə cəfəri
1 ədəd kəvər
yarım kq toyuq qiyməsi
2 təkan un
1 stəkan su
Duz, istiot
Hazırlanması:
Un, su, duz və yağı qarışdırıb xəmir hazırlayın.
Mantı xəmirini yaxşıca yoğurun.
Yoğurduğunuz xəmiri yayın və kvadrat formaya salın. Üzərinə kələm, kök və toyuq qiyməsindən hazırladığınız qarışımı qoyun.
Mantını boxça şəklində bağlayın.
Sonra uclarını birləşdirin. Qarışım bitənə kimi mantıları hazırlayın.
Bir qazanın içinə toyuq suyu, göbələk, cəfəri, kəvəri əlavə edin və qaynadın. Sonra baharatları əlavə edin.
Su qaynamağa başlayanda mantıları əlavə edin və tam qaynadın.
Nuş olsun!