Tərkibi
300 qr noxud
2 ədəd kök
2 baş soğan
2 ədəd kartof
Bibər
Bir az keşniş
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
300 qr noxudu 3 saat isladırıq. İsladandan sonra yaxşı-yaxşı yuyuruq.
Sonra noxudu qazana tökürük. Soğanı, kartofu, kökü, keşnişi təmizləyırık və hamısını noxud olan qazana tökürük. Qazanın içinə su əlavə edirik. Vam atəşdə qazanı sobaya qoyuruq.
Hamısı bişəndən sonra qazandakıları blendrdan keçiririk.
Keçirəndən sonra qazana tökürük və vam atəşdə sobaya qoyuruq. Budur, xanımlar, xörəyimiz hazırdır.
Nuş olsun!