Qadin.NET / Balqabaqlı şorba (foto resept)

Balqabaqlı şorba (foto resept)

 

Tərkibi:

1 boşqab kubik formasında doğranmış balqabaq

Yarım paket kərə yağı

1 ədəd soğan

Yarım paket krem pendiri

Duz, kəklikotu, cirə, istiot

 

Hazırlanması:

Soğanları incə-incə doğrayın. Kərə yağının üzərinə əlavə edin.

 

Balqabaqlı şorba (foto resept)

 

 

Soğanlar tam qovurulanda balqabaqları əlavə edin. Bu şəkildə bir müddət qovurun.

 

Balqabaqlı şorba (foto resept)

 

 

Üzərinə 6 stəkan ət suyu əlavə edin. Daha sonra üzərinə krem pendiri əlavə edin. Bütün ərzaqlar bişdikdən sonra blenderdən keçirin. Son olaraq isti formada servis edin.

 

Balqabaqlı şorba (foto resept)

 

 

Nuş olsun!

28 sentyabr 2017
GO BACK