Qadin.NET / Qırmızı bibər şorbası

Qırmızı bibər şorbası

Tərkibi:

Yarım kq qırmızı bibər

1 yemək qaşığı kərə yağı

1 ədəd kiçik soğan

1 diş sarımsaq

1 yemək qaşığı un

1 çay qaşığı quru nanə

Duz

Hazırlanması:

Bibərləri kağız sərili soba listinə qoyub 250 dərəcədə isidilmiş sobada qızardaq.

Qırmızı bibər şorbası

Qazanda kərə yağını əridin. Doğranmış soğan, sarımsaq əlavə edin. Sonra un əlavə edib qovurun.

Qırmızı bibər şorbası

Üzərini örtəcək qədər soyuq su əlavə edin. Nanə və duz sərib yaxşıca çırpın.

Qırmızı bibər şorbası

Qızardılmış bibərlərin qabıqlarını soyub şorbaya əlavə edin.

Qırmızı bibər şorbası

10 dəqiqə bişirdikdən sonra blenderdən keçirin, 5 dəqiqə əlavə bişirib altını söndürün.

Qırmızı bibər şorbası

Şorbanız hazırdır. Nuş olsun.

Qırmızı bibər şorbası

 

4 iyun 2017
GO BACK