Qadin.NET / Mərcili ət (foto resept)

Mərcili ət (foto resept)

Tərkibi:

1 ədəd soğan

50 qram kərəviz

50 qram dana quşbaşı

100 qram pomidor

50 ml zeytun yağı

250 qram qəhvəyi mərci

1 l su

10 qram ağ bibər

15 qram zirə

Duz

15 qram toyuq suyu

50 qram qaynadılmış noxud

25 qram tel əriştə

50 qram təzə keşniş

Limon

Hazırlanması:

Soğan və kərəvizi incə doğrayın.

Mərcili ət (foto resept)

Pomidoru püre halına gətirin.

Mərcili ət (foto resept)

Orta dərəcədə yağı qızdırın. Soğanı 3 dəqiqə qızardın. Sonra kərəvizi əlavə edin.

Mərcili ət (foto resept)

Sonra ətləri də əlavə edib qızardın.

Mərcili ət (foto resept)

Ətlər yumşalanda mərcini əlavə edib qarışdırın. Sonra pomidor püresini əlavə edin.

Mərcili ət (foto resept)

Qazana su əlavə edərək bişirməyə davam edin.

Mərcili ət (foto resept)

Ağ bibər, zirə, duz və toyuq suyunu əlavə edib qarışdırın. Qaynamağa başlayanda dərəcəni azaldıb 45 dəqiqə bişirin.

Mərcili ət (foto resept)

Bütün bunlar bişəndə noxud və əriştəni əlavə edin. Yaxşıca qarışdırb, bir 5 dəqiqə bişirin. Limon dilimləri və keşniş ilə süfrəyə verin.

Mərcili ət (foto resept)

Nuş olsun.

Mərcili ət (foto resept)

 

26 may 2017
GO BACK