Qadin.NET / Ayran şorbası

Ayran şorbası

Ayran şorbası

Tərkibi:

1 stəkan yarma

1 stəkan noxud

4 satəkan qatıq

Duz, su, nanə

Ayran şorbası

Hazırlanması:

Axşamdan islatdığınız yarma və noxudu ayrı-ayrı qaynadın. Qaynatdıqdan sonra eyni tavada birlikdə bir daha qaynadın. Qaynayan kimi kənara qoyun. Bir qabda qatığa bir miqdar duz əlavə edib qarışdırın. 

Qazana qaynar su əlavə edin. Qatığı qaynar su ilə ilıqlaşdırın. Sonra qatığı qarışdıra-qarışdıra qazana əlavə edin. Sonra noxud və yarmanı əlavə edin və altını söndürüb nanəni səpin. Soyudun.

 

15 may 2017
GO BACK