Qadin.NET / Sobada kartof dilimləri

Sobada kartof dilimləri

Sobada kartof dilimləri

Tərkibi:
4 ədəd kartof
2 yemək qaşığı qatıq
2 yemək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı əzilmiş qırmızı bibər
1 çay qaşığı kəklikotu

Sobada kartof dilimləri

Hazırlanması:
Kartofun qabıqlarını soyun və yuyun. Sonra nə çox qalın, nə də incə orta ölçüdə alma dilimləri şəklində kəsin.
Qatığı, zeytun yağını, duzu, qırmızı bibəri və kəklikotunu yaxşıca qarışdırın. Ardından qatıqlı sosusun içərisinə kartof dilimlərini qoyub əliniz ilə hamarlayın. Sonra souslu kartof dilimlərini soba kağızının üzərinə düzün. Üstü qızarana kimi 25 dəqiqə qızardın. 
Sousla birlikdə süfrəyə verə bilərsiniz. 
Əlavə olaraq bu sousdan ət və toyuq yeməklərində də istifadə edə bilərsiniz.
11 may 2017
GO BACK