Tərkibi
1/2 kilo quru paxla
300 qram quşbaşı ət
2 ədəd quru soğan
5 qaşıq tomat
1/2 stəkan quru pomidor
Duz
Ədviyyat
1 yemək qaşığı kərə yağı
Zeytun yağı
Ət suyu
Hazırlanması
Bir gecə əvvəldən paxlaları dərin bir qabın içində suda saxlayın.
Ertəsi gün, qazanın içinə yağı qoyun. Üzərinə yemək üçün doğradığınız soğanı qoyun. Bir neçə dəqiqə sonra əti, tomatı, ədviyyatları, duzu, quru pomidorları və paxlaları əlavə edin. Üzərinə 2 stəkan su (ət suyu) əlavə edin. Qazanın qapağını bağlayıb, az dərəcədə bişirin. İlk buxar çıxanda dərəcəni azaldın, 30-35 dəqiqə daha bişirin.