Qadin.NET / Ərik turşulu ət şorbası

Ərik turşulu ət şorbası

 

 

Ərik turşulu ət şorbası

 

 

Tərkibi:

250 qram mal əti

2 ədəd kartof

1 ədəd soğan

4 ədəd ərik qurusu

1 xörək qaşığı əridilmiş yağ

1 çay qaşığı tomat

3 şaxə cəfəri

Duz, istiot

 

 

Ərik turşulu ət şorbası

 

 

Hazırlanması:

Mal əti tikəsinin üzərinə soyuq su əlavə edib, az dərəcədə bişənə kimi qaynadın. Sonra bulyonu süzün, mal ətini çıxarıb, orta boyda tikələrə bölün. Baş soğanı təmizləyib xırda doğrayın, əridilmiş yağda qızardın. Ərik qurusunu yuyn. Kartofu təmizləyib, xırda doğrayın. 

Doğranmış kartofu, qızardılmış soğanı, tomatı, ərik qurusunu və ət tikələrini süzülmüz bulyona əlavə edin. Sonra kartof bişənə kimi qaynadın. Duzlayıb, istiotlayın. Üzərinə xırda doğranmış cəfəri səpin.

 

29 aprel 2017
GO BACK