Çin mətbəxi
Tərkibi:
125 qram qara çin göbələyi
1 ədəd xiyar
2 ədəd yaşıl soğan
1 diş sarımsaq
25 qram düyü əriştəsi (çin)
2 xörək qaşığı bitki yağı
1 xörək qaşığı soya sousu
3/4 xörək qaşığı duz
Hazırlanması:
Göbələkləri yuyub, qaynadın və nazik şəkildə doğrayın. Xiyarı yuyub, yarı bölün, toxumlarını təmizləyin və nazik şəkildə doğrayın. Yaşıl soğanı yuyub, qurudun. Sonra xırda doğrayın. Sarımsağı təmizləyib xırda doğrayın.
Bitki yağını isidin, doğranmış soğanı 30 saniyə qızardın. Sonra göbələkləri əlavə edin və 3-4 dəqiqə qızardın.
600 ml su əlavə edib qarışdırın. Qaynayanda sındırılmış düyü əriştələrini əlavə edin. Sonra doğranmış xiyar və soya sousunu əlavə edin. Duzlayıb daha 2-3 dəqiqə qaynadın.
Göbələk şorbası qaynar şəkildə süfrəyə verilir.