Qadin.NET / Tərəvəzli pəhriz şorbası

Tərəvəzli pəhriz şorbası

 

 

Tərəvəzli pəhriz şorbası

 

 

Tərkibi:

50 qram gül kələmi

50 qram yaşıl lobya

50 qram kök

50 qram qarğıdalı

50 qram yaşıl noxud

1 ədəd soğan

1 ədəd pomidor

1/2 bolqar bibəri

1 xörək qaşığı tomat pastası

1 ədəd kartof

4 ədəd cəfəri və ya keşniş

döyülmüş qara istiot, duz

2 xörək qaşığı bitki yağı

 

 

Tərəvəzli pəhriz şorbası

 

 

Hazırlanması:

Kartofu təmizləyib xırda kubik şəklində doğrayın. Bütün tərəvəzləri yuyub, lobyanı bir neçə hissəyə bölün, gül kələmini xırda dilimlərə ayırın. Bibəri nazik çubuq şəklində doğrayın. 

Tərəvəzlərin üzərinə su əlavə edib qaynadın. Soğanı təmizləyib, xırda doğrayın. Bitki yağında açıq qızılı rəngə çalana kimi qızardın. Qızardılmış soğanı şorbaya əlavə edib, daha 5 dəqiqə qaynadın. 

Süfrəyə verməzdən əvvəl boşqablara əlavə edib, üzərinə xırda doğranmış göyərti səpin.

21 aprel 2017
GO BACK