Qadin.NET / Qoyun ətindən tərxun şorbası

Qoyun ətindən tərxun şorbası

Qoyun ətindən tərxun şorbası

 

Tərkibi:

250 qram qoyun əti

2 ədəd kartof

1 ədəd soğan

1 xörək qaşığı əridilmiş yağ

100 qram tərxun

Narın qara istiot, duz

Qoyun ətindən tərxun şorbası

Hazırlanması:

Qoyun ətini yuyub, tikələrə bölün. Qazana qoyub, üzərinə soyuq su əlavə edin və yüksək dərəcədə qaynadın. Sonra dərəcəsini azaldıb, kəfini yığın. Ət bişən kimi, bulyondan çıxarın. Sonra bulyonu süzün.

Xırda doğranmış soğanı əridilmiş yağda qızardın. Kartofun qabıını soyub, yuduqdan sonra ölçüsünə görə 2 və ya 4 hissəyə bölün. Həmçinin tərxunu da doğrayın.

Bişmiş qoyun ətini, kartofu, qızardılmış soğanı, doğranmış tərxunu, duz və istiotu süzülmüş bulyona əlavə edin. Şorbanı kartof bişənə kimi qaynadın.

15 aprel 2017
GO BACK