Qadin.NET / Düyülü və pendirli toyuq şorbası

Düyülü və pendirli toyuq şorbası

 

İngilis mətbəxi


Düyülü və pendirli toyuq şorbası

 

 

Tərkibi:

1 litr toyuq bulyonu

300 qram toyuğun ağ əti

100 qram düyü

100 qram kəvər

4 şaxə cəfəri

50 qram pendir

3 xörək qaşığı kərə yağı

Qara istiot ( döyülmüş)

Duz


Hazırlanması:

Toyuq bulyonunu qazana əlavə edib altını yandırın. Qaynayanda düyünü əlavə edin, az dərəcədə 10 dəqiqə yaxın qaynadın. 

Kəvəri xırda doğrayın. Toyuğun qaynadılmış ağ əlini doğrayıb, kəvərlə birlikdə kərə yağında qızardın. Sonra düyülü qaynayan bulyona əlavə edin. Cəfəri şaxələrini də əlavə edib, duzlayıb, istiotlayanın və az dərəcədə 5 dəqiqə qaynadın.

Cəfəri şaxələrini çıxarın və pendiri sürtgəcin iri gözündən keçirib, bulyona əlavə edin. qarışdırın və pendir əriyən kimi kənara qoyun.

4 aprel 2017
GO BACK