Tərkibi:
300 qram mal əti
400 qram çuğundur
1 xörək qaşığı əridilmiş yağ
1 xörək qaşığı un
3 dəstə cəfəri
Duz, istiot
Hazırlanması:
Əti yuyub, üzərinə soyuq su əlavə edirn və qaynadın. Su qaynayan kimi, dərəcəni azaldın və ət bişənədək qaynadın. Müntəzəm olaraq kəfini yığın. Sonra əti bulyondan çıxrıb, tikələrə bölün və bulyonu süzün.
Çuğunduru təmizliyib, nazik çubuq şəklində doğrayın, 5-10 dəqiqə əridilmiş yağda qızardın. Unu ayrıca açıq qızılı rəngə çalana qədər qızardın. Üzərinə bulyon əlavə edib, yumurlanmasın deyə dayanmadan qarışdırmaq. Həll edilmiş unu qaynar süzülmüz bulyona əlavə edin. Sonra qızardılmış çuğunduru və ət tikələrini də əlavə edirik. Zövqə görə duz, istiot vurun və çuğundur bişənə kimi qaynadın.
Şorbanın üzərinə xırda doğranmış cəfəri səpib süfrəyə verə bilərsiniz.