Qadin.NET / Kök şorbası

Kök şorbası

Kök şorbası

Tərkibi

1 ədəd soğan

150 qram kök

1 ədəd alma

1 yemək qaşığı kərə yağı

1/2 yemək qaşığı un

200 ml tərəvəzli blyon kubiki

duz, qırmızı istiot

1 ədəd yumurta sarısı

1 yemək qaşığı krem

Kök şorbası

Hazırlanması:

1. Soğanla sarımsağı xırda doğrayın. Kökü, almanı təmizləyib doğrayın. 

2. Qazana kərə yağı qoyun, sonra soğanı əlavə edib qızardın. Sonra sarımsaqları əlavə edib qızardın. Daha sonra üzərinə kök və almanı əlavə edib qızardın. Un əlavə edib dayanmadan qarışdırın, sonra blyonu əlavə edib dayanmadan qarışdırın. Qaynadıqdan sonra 20 dəqiqə bişirin. Duz və istiotu vurduqdan sonra qazanı kənara çəkin.

3. Kök və almanı blenderdə püre halına gətirin.Yumurta sarısı isti şorbaya əlavə edin.

4. Şorpanı boşqaba tökdükdən sonra üzərinə krem əlavə edin və çöplə naxış vurun. Zövqə görə göyərti və istiot əlavə edə bilərsiniz.



11 mart 2017
GO BACK