Qadin.NET / Pomidor şorbası

Pomidor şorbası

Pomidor şorbası

Tərkibi

100 qram süd

2 yemək qaşığı un

2 yemək qaşığı duru yağ

5 ədəd orta boy pomidor

1 yemək qaşığı kərə yağı

1  yemək qaşığı pomidor tomatı

4 stəkan su 

1 çimdik duz

 

Pomidor şorbası

 Hazırlanması

Kərə yağını qanzanda əridin. Kərə yağı əriyəndən sonra duru yağı əlavə edib, biraz qarışdırın və un əlavə edin. Unu əlavə etdikdən sonra qoxusu çıxana qədər qovurun. Daha sonra sürtgəcdən keçirdiyiniz pomidorları və tomatı əlavə edin. 5 dəqiqə qovurun, sonra suyun hamısını əlavə edib qarışdırın. Duz əlavə edin.

Qaynayana qədər qarışdırmağa davam edin, qaynamaya başlayanda 15 dəqiqə ərzində aşağı dərəcədə bişirin. Süfrəyə təqdim etmədən əvvəl, qazana süd töküb qarışdırın. Süfrəyə verəndə üzərinə qara istiot və pendir əlavə edə bilərsiniz.

12 fevral 2017
GO BACK