Qadin.NET / Lobyalı şorba

Lobyalı şorba

Tərkibi:

600 qram kartof və yaşıl lobya

1 ədəd soğan

20 qram kərə yağı

6 ədəd kəklikotu yarpağı

1,2 litr blyon

150 ml qram xama

150 qram qoyun basdırması 

Lobyalı şorba

Hazırlanması:

Kartof və soğanı kubik şəklində doğrayıb yağda qızardın. Üzərinə kəklikotu yarpağı səpin. Sonra blyon əlavə edib 10 dəqiqə qaynadıb, blenderdən keçirin.

Yaşıl lobyanı xırda doğrayın və şorbaya əlavə edin. Sonra xama əlavə edib qarışdırın. 10 dəqiqə bişirin.

Qoyun basdırmasını nazik uzun şəkildə doğrayın. Sonra şorpaya əlavə edin. Üzərinə göyərti səpə bilərsiniz.

7 fevral 2017
GO BACK