Tərkibi:
Toyuq əti - 1. 8 kq
Açi bibərin əzilmişi - 1/2 ç. q.
"Zeytun bağları" zeytun yağı - 2 x. q
"Best Cow" kərə yağı - 50 q.
Pomidor - 5 ədəd
Baş soğan - 4 ədəd
Sarımsaq - 5 diş
Xmeli suneli - 1 ç. q.
Keşniş - 1 dəstə
Duz
Hazırlanması:
İlk olaraq toyuğu yuyub, təmizləyib, tikələrə ayırırıq.
Bir qazana bir azca duru yağ əlavə edin, vam odda qızdırın.
Və toyuq ətini içinə yerləşdiririk. Üzərinə bir az duz səpirik.
Hər tərəfini qızartdıqdan sonra, altını lap azaldırıq.
İndi qovurduğumuz soğanı isti toyuq ətinin üzərinə əlavə edirik.
Sonra qarışdırıb qovururuq 20 dəqiqə.
İndi üzərinə xırda doğranmış sarımsağı əlavə edirik.
Duz və aci bibər səpirik, zövgə görə üzərinə suneli də əlavə edirik və yaxşı qarışdırırıq.
Sonra 10 dəqiqə qaynadırıq.
Doğranmış keşnişi toyuğun üzərinə əlavə edirik.
Sonra 5 dəqiqə qaynadırıq, və altını söndürürük.
Nuş olsun!
(Tərcümə edilib)