Ərzaqlar:
Fərqli-fərqli 4-5 cür kolbasa
Soğan
"Zeytun bağları" zeytun yağı
Konserviləşdirilmiş zeytun
Limon
Duz, istiot
Bulyon -2.5 lt
Pomidor və ya pastası
Duzlu xiyar
Hazrlanması:
Əvvəlcə dana ətini suya qoyub bişiririk. İçərisinə təmizlənib, yuyulmuş, qabıqlı diri soğan, duz əlavə edib bulyon hazırlayırıq.
Soyuducuda olan bütün kolbasalardan istifadə edə bilərsiniz.
Rusiyada olmağıma baxmayaraq Müsəlmanlara hazırlanan kolbasalardan istifadə edirəm.
Bütün kolbasalar və duzlu xiyar uzun-uzun doğranılır.
Tavada əvvəl soğan, sonra bir-bir əlavə edilərək kolbasalar yağda qovrulur .
Bulyonu bura əlavə edirik. Və əti də uzunsov doğrayıb bura əlavə edirik.
Duz, istiotunu əlavə edib axırda zeytunları əlavə edirik.
3-4 dəqiqə qaynadıb götüürük. Süfrəyə verəndə üzərinə limon dilimi ilə verilir.
Nus olsun, xanımlar!