Tərkibi:
Sarımsaq – 1 diş
Soğan (orta ölçülü) – 1 ədəd
"Zeytun bağları" zeytun yağı – 1- 2 x.q
Bulyon (toyuqdan) – 500 ml
"Bizim Tarla" Tomat pastası – 250 ml
Pomidor (tər) – 200 q
Cəfəri (balaca dəstə)
Bərk pendir
Ədviyyat (duz, istiot)
Hazırlanması:
Qazana 1-2 xörək qaşığı zeytun yağı əlavə edirik. Bir diş sarımsaqı doğrayıb, zeytun yağında qızardırıq. Ətri yağa çıxdıqdan sonra sarımsağı qazandan çıxardırıq.
Xırda doğranmış soğanı qazanda bitki yağı ilə qızardırıq.
Toyuq bulyonunu qazana əlavə edirik.
Duzunu istiotunu əlavə edib qaynadıqdan sonra zəif odda 20 – 25 dəqiqə bişirilir.
Sonra blendirlə əzirik və yenidən odun üzərinə qoyub, qaynayana qədər bişiririk.
Üzərinə bərk pendir əlavə edərək süfrəyə verilir. Üzərinə nanə səpdikdə daha dadlı olur.
Şorbamız hazırdır.
Asan hazırlanan, dadlı, ətirli, xeyirli şorba.
Nuş olsun!
Tərcümə etdi: Ellada Babayeva